Azərbaycan Gürcüstana neft və qaz məhsullarının ixracını artırıb

Azərbaycan Gürcüstana neft və qaz məhsullarının ixracını artırıb
# 21 oktyabr 2015 13:08 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycandan 221 770,4 min dollar dəyərində 1 067 639,3 kubmetr yanacaq qazı və digər qazlar idxal edib.

Bu barədə “APA-Economics” Gürcüstan Milli Statistika Xidmətinə istinadən məlumat verib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,40% çoxdur. Keçən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan ixrac olunan yanacaq qazının həcmi dəyər baxımından isə 11,50% artıb.

Bu ilin doqquz ayında Gürcüstan Azərbaycandan 104 627,1 min dollar dəyərində 203 796,3 ton yanacaq və yanacaq yağları idxal edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,51% çoxdur.

Ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə isə Gürcüstandan ixrac olunan yanacaq və yanacaq yağlarının həcmi dəyər baxımından 42,20% azdır.

Qeyd edək ki, Azərbaycandan Gürcüstana ixrac olunan məhsulların 56,64%-i yanacaq qazı və digər qazlar, 26,72%-i isə yanacaq və yanacaq yağlarının payına düşür.

Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Gürcüstana 391 570,6 min dollar dəyərində məhsul ixrac edilib. Bu, ötən ilin eyni dövrü müqayisədə 13,66% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR