Azad Rəhimov Qubada vətəndaşları qəbul edəcək

Azad Rəhimov Qubada vətəndaşları qəbul edəcək
# 27 yanvar 2016 09:49 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Gənclər və idman naziri Azad Rəhimov fevralın 12-də Quba rayonunda vətəndaşları qəbul edəcək. Nazirlikdən APA-ya verilən məlumata görə, qəbulda Quba, Qusar, Siyəzən, Şabran və Xaçmaz rayon sakinləri iştirak edəcək. Qəbul üçün vətəndaşların qeydiyyatı yanvarın 27-dən fevralın 11-dək aparılacaq. Qəbula gəlmək istəyən vətəndaşlar qeyd olunan rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR