SOCAR Supsa limanından xam neftin ixracını 62% artırıb

SOCAR Supsa limanından xam neftin ixracını 62% artırıb
# 03 oktyabr 2016 16:03 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin sentyabr ayında SOCAR Supsa limanından 274 705 ton xam neft ixrac edib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin sentyabr ayı ilə müqayisədə 62,09% artıb.

Ümumilikdə, bu ilin yanvar-sentyabr ayları ərzində Supsa limanından 1 mln. 853 min 627 ton xam neft ixrac edilib. Bu, 2015-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 8,85% azdır.

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR