“Azəravtoyol”: Ağır qəza nəticəsində yol təsərrüfatına ciddi ziyan dəyib

“Azəravtoyol”: Ağır qəza nəticəsində yol təsərrüfatına ciddi ziyan dəyib
# 12 mart 2016 10:15 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Bu gün səhər saatlarında Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 88-ci kilometrliyində baş vermiş ağır avtomobil qəzası nəticəsində yol təsərrüfatına ciddi ziyan dəyib. “Azəravtoyol” ASC-dən “APA-Economics”ə verilən xəbərə görə, “Kamaz” markalı 22 BC 360 dövlət nömrə nişanlı qoşqulu yük maşını Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yol ayrıcındakı əyri-xətli dəmir tirləri dağıdaraq, aşıb.

Qəza zamanı 140 paqon metrə yaxın dəmir arakəsmə sıradan çıxıb və bununla da dövlət büdcəsinə ilkin hesablamalara əsasən 8 min manata yaxın ziyan dəyib.

Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyatı üzrə göndərilib. Hazırda qəzanın fəsadları “Azəravtoyol” ASC-nin əməkdaşları tərəfindən aradan qaldırılır.

Qeyd edək ki, baş vermiş ağır qəza zamanı yük maşınında olan sərnişin 1988-ci il təvəllüdlü Hüseynov Elvin Rabit oğlu dünyasını dəyişib. Sürücü Goranboy rayon sakini 1986-cı il təvəllüdlü Ələkbərov Rövşən Əli oğlu ağır yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR