Şəkidə motosiklet yük maşını ilə toqquşub, xəsarət alan var

Şəkidə motosiklet yük maşını ilə toqquşub, xəsarət alan var
# 21 dekabr 2015 15:24 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Şəki rayonunda motosikletlə yük maşını toqquşması nəticəsində bir nəfər xəsarət alıb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün axşam saat 17 radələrində Şəki şəhərinin Oğuz yolu adlanan ərazisində baş verib. Şəki şəhər sakini, 1982-ci il təvəllüdlü Rəvan Oqtay oğlu Əhmədov idarə etdiyi 99 A 318 dövlət nömrə nişanlı motosikletlə hərəkətdə olarkən idarəetməni itirərək motosikleti Şəki şəhər sakini, 1982-ci il təvəllüdlü Mahir Knyaz oğlu Məmmədovun idarə etdiyi “İzuzu” markalı, 10 ZR 791 dövlət nömrə nişanlı xırda tutumlu yük maşınına vurub. Qəzadan sonra motosikletin sürücüsü Rəvan Əhmədov aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.


Şəki RMX-dan bildirilib ki, Rəvan Əhmədov xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.


Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR