Bişkekdə MDB ölkələri dövlət başçılarının iclası başlayıb

Bişkekdə MDB ölkələri dövlət başçılarının iclası başlayıb
# 16 sentyabr 2016 15:29 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Qırğızıstanın paytaxtı Bişkekdə MDB ölkələri dövlət başçılarının iclası başlayıb.

APA-nın “İzvestiya”ya istinadən verdiyi məlumata görə, görüşdə MDB ölkələri dövlət başçılarının bəyanatı, MDB ölkələrinin müasir reallıqlara uyğunlaşması, gələn il MDB-yə sədrlik məsələləri müzakirə olunacaq.

Ümumilikdə toplantıda 25 məsələnin müzakirəsi gözlənilir. Sammitin yekununda çoxtərəfli sənədlərin qəbulu planlaşdırılır.

İclasda Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR