Rusiya telekanalının əməkdaşı işğal altındakı Azərbaycan ərazilərinə qanunsuz səfər edib

Rusiya telekanalının əməkdaşı işğal altındakı Azərbaycan ərazilərinə qanunsuz səfər edib
# 08 yanvar 2016 12:48 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Rusiyanın “LifeNews” internet telekanalının əməkdaşı Yelizaveta Xramtsova Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisinə qanunsuz səfər edib.

APA-nın məlumatına görə, jurnalist reportajı Dağlıq Qarabağın özünü müstəqil elan etməsinin 25 illiyi ilə əlaqədar hazırlayıb. O, Dağlıq Qarabağın dünya ictimaiyyəti tərəfindən de-yure tanınmadığını xatırladaraq reportajında bu əraziləri "de-fakto dövlət" adlandırıb: “Dağlıq Qarabağın sərhədində rəsmi Bakı ilə sərt şəkildə silahlı münaqişə davam edir. Sərhəd xətti mina sahələri ilə bürünüb. Dağlıq Qarabağ ordusunun əsgərlərinin əksəriyyəti 20 ildən çoxdur əllərində silah öz respublikalarını qoruyur. İlk dəfə Qarabağ Azərbaycanla Ermənistan arasında 1918-ci ildə - Azərbaycan Demokratik Respublikası qurulduqdan və əhalisinin əksəriyyəti ermənilər olan bu ərazini öz tərkibinə daxil etdikdən sonra mübahisəli əraziyə çevrilib. Münaqişə SSRİ-nin qurulması ilə bitib, süqutuna yaxın isə yenidən canlanıb”.

Reportajda müəllif Dağlıq Qarabağda sənayenin inkişafından danışaraq hazırlanan məhsulların üzərinə “Ermənistanda hazırlanıb” etiketi yapışdırmaq üçün İrəvana göndərildiyini söyləyib. O, işğal altındakı torpaqlarda qızıl yataqlarının, tikinti materiallarının zənginliyindən də bəhs edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR