“DəmirBank” müəllimlərə güzəştli kredit təklif edir

“DəmirBank” müəllimlərə güzəştli kredit təklif edir
# 05 oktyabr 2015 08:38 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “DəmirBank” müəllimlər günü münasibətilə bütün təhsil işçilərinə nağd pul kreditini çox güzəştli şərtlərlə təklif edir.

Bankdan “APA-Economics” verilən xəbərə görə, aksiyanın şərtlərinə görə müştərilər 8000 manatadək nağd pul kreditini 36 ayadək və illik faiz dərəcəsində 2 faizədək endirimlə əldə edə bilərlər.

Qeyd edək ki, aksiya 1-15 oktyabr tarixlərini əhatə edəcək.

“DəmirBank” müxtəlif proqramlar üzrə əhaliyə və şirkətlərə geniş çeşiddə kredit məhsulları təqdim edir. Bu sırada mikro və kiçik biznes üçün kreditlər, ipoteka krediti, təhsil və səhiyyə işçilərinə kredit, dövlət işçilərinə kredit və digər istehlak kreditləri mövcuddur.

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR