Türkiyə prezidenti və Səudiyyə Ərəbistanın kralı arasında telefon danışığı olub

Türkiyə prezidenti və Səudiyyə Ərəbistanın kralı arasında telefon danışığı olub
# 11 may 2016 22:04 (UTC +04:00)

Bakı-APA. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Səudiyyə Ərəbistanın kralı Abdullah ibn Abduləziz əs-Səudu arasında telefon danışığı olub.

APA-nın SPA agentliyinə istinadən verdiyi məlumata görə, söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bu ilin aprelində Səudiyyə Ərəbistanı kralının Türkiyəyə səfəri çərçivəsində Ankara ilə Ər-Riyad arasında ikitərəfli Əlaqələndirici Şuranın yaradılmasına dair sənəd imzalanıb. Sənəd siyasi, iqtisadi, hərbi, diplomatik və informasiya sahələrini əhatə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR