Bakıda bir qardaşı öldürən, birini yaralayan şəxsin məhkəməsi başlayıb

Bakıda bir qardaşı öldürən, birini yaralayan şəxsin məhkəməsi başlayıb
# 30 dekabr 2015 09:38 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində bir nəfəri öldürməkdə, bir nəfəri isə yaralamaqda təqsirləndirilən İbrahim Dadaşovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası yanvarın 7-nə təyin edilib.

Qeyd edək ki, avqustun 30-da Bakının Suraxanı rayonunda 1991-ci il təvəllüdlü İbrahim Dadaşov yaşadığı evin qarşısında mübahisə zəminində Suraxanı rayon sakinləri Elşən və Elçin İsrafilov qardaşlarına çoxsaylı bıçaq zərbələri ilə xəsarət yetirib. Yaralıların hər ikisi 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Lakin həkimlərin səyinə baxmayaraq Elşən İsrafilovun həyatını xilas etmək mümkün olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR