Səfir: “Azərbaycan yüksək tolerantlıq mühiti ilə seçilir”

Səfir: “Azərbaycan yüksək tolerantlıq mühiti ilə seçilir”
# 19 sentyabr 2016 15:18 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkunla fəaliyyətinin başa çatması ilə əlaqədar görüşüb.

Komitədən APA-ya verilən məlumata görə, M. Qurbanlı bütün sahələrdə olduğu kimi din sahəsində də iki ölkə arasında əlaqələr yüksələn xətlə inkişaf edir.

Komitə sədri Türkiyənin daim Azərbaycanın yanında olduğunu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərdə ölkəmizin haqlı mövqeyini daima dəstəklədiyini vurğulayıb.

İ. Coşkun isə Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətlərindən, bu əlaqələrin sağlam və davamlı inkişafından danışıb. Dövlət başçısının din sahəsində həyata keçirdiyi siyasəti müsbət qiymətləndirən səfir Azərbaycanın yüksək səviyyəli tolerantlıq mühiti ilə seçildiyini bildirib. O vurğulayıb ki, Azərbaycanda insanların milli-mənəvi dəyərlərə bağlılığı, ölkəmizdə dini etiqad azadlığının təmin edilməsi, dövlət-din münasibətlərinin yüksək səviyyədə olması təqdirəlayiqdir.

Görüşdə Türkiyə-Azərbaycan arasında tarix boyu formalaşmış qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi, bütövlükdə türk-islam dünyasının mədəni-mənəvi vəhdətinin qorunub-saxlanılması və daha da inkişaf etdirilməsi yolunda iki ölkənin səylərinin gücləndirilməsinin vacibliyi vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR