"Qələbəyə doğru" kuboku uğrunda intellektual yarışın final oyunu keçirilib

"Qələbəyə doğru" kuboku uğrunda intellektual yarışın final oyunu keçirilib
# 28 aprel 2016 11:29 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Dövlət Universiteti və Nəsimi rayonu İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycanın görkəmli oftalmoloq alimi, akademik Zərifə Əliyevanın anadan olmasının 93-cü ildönümü ilə əlaqədar "Qələbəyə doğru" kuboku uğrunda intellektual yarışın final oyunu keçirilib.

APA-nın məlumatına görə, tədbirdə Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş “Nur dolu ömür” adlı film nümayiş olunub. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş tədbirlərdən biri də bu intellektual bilik yarışmasıdır: “Komitə artıq üç ildir "Qələbəyə doğru" intellektual bilik yarışması keçirir. Uşaqların hərtərəfli inkişafında, intellektual və ictimai biliklərə yiyələnməsində belə müsabiqələrin xüsusi rolu var. Bu tədbirlər nəticəsində məktəblilər daha da aktiv olurlar, sərbəst fikir irəli sürməyi bacarırlar, məntiqi təfəkkürləri inkişaf edir".

Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, akademik Əhliman Əmiraslanov, Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Zərifə Əliyevanın Azərbaycanda tibb elminin inkişafında xidmətlərindən danışıb, onun xatirəsinə həsr olunan intellektual oyunları yüksək qiymətləndiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR