Rusiyanın cənubunda zəlzələ baş verib

Rusiyanın cənubunda zəlzələ baş verib
# 03 noyabr 2015 21:03 (UTC +04:00)

Bakı-APA. Rusiyada 4,2 bal gücündə zəlzələ baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Stavropol şəhərindən 28 km qərbdə, ocağı 80 km dərinlikdə yerləşib.

Yerli vaxtla saat 20:47-də baş verən zəlzələ həmçinin Pyatiqorsk, Yessentuki şəhərləri və İnquşetiya Respublikasında hiss olunub.

Dağıntı və zərərçəkən yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR