Səfir: “Bəzi ərəb ölkələri Qərbin maraqlarına xidmət edərək hasilatı artırır və neftin qiymətinin aşağı düşməsinə bais olur”

Səfir: “Bəzi ərəb ölkələri Qərbin maraqlarına xidmət edərək hasilatı artırır və neftin qiymətinin aşağı düşməsinə bais olur”
# 02 iyun 2016 16:07 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “İran neftin qiymətlərinin qalxmasını tamamilə dəstəkləyir”.

APA-nın məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib. O qeyd edib ki, OPEK-in 6 ay idi, baş katibi yox idi: “Bu gün baş katib seçiləcək. Ümid edirəm ki, yeni baş katibin seçilməsi qeyri-müəyyən vəziyyətə son qoyacaq. Bizim neft nazirimiz OPEK iclasında iştirak edəcək və təkliflərini verəcək. Təəssüf ki, bəzi ərəb ölkələri Qərb ölkələrinin maraqlarına xidmət edərək hasilatı artırır və neftin qiymətlərinin aşağı düşməsinə bais olur. Bu işdən peşman olublar. OPEK-ə üzv digər ölkələr də həmrəyliyini göstərirlər və proqnozlaşdırılır ki, neftin qiyməti 50-60 dollara qədər qalxacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR