Manat dollara qarşı zəifləyib, digər ticarət tərəfdaşlarımızın valyutalarına qarşı möhkəmlənib

Manat dollara qarşı zəifləyib, digər ticarət tərəfdaşlarımızın valyutalarına qarşı möhkəmlənib
# 18 iyul 2016 07:35 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi iyul ayının 15-i ilə müqayisədə 0,12% artaraq 1,56 manat təşkil edib.

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,43% zəifləyərək 1,7261 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 0,8% ucuzlaşaraq 0,0246 manat səviyyəsinə enib.

Türkiyə lirəsi də manata nisbətən ucuzlaşıb. Belə ki, qardaş ölkənin milli valyutası 2,64% azalaraq 0,5264 manat olub.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0661 manatdır. Beləliklə, funt sterlinq 1,22%-lik ucuzlaşma nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi isə 0,2% zəifləyərək 0,6631 manata enib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR