Xırdalanda yanğın olub, 5-i azyaşlı olmaqla, 25 nəfər təxliyə olunub

Xırdalanda yanğın olub, 5-i azyaşlı olmaqla, 25 nəfər təxliyə olunub
# 10 yanvar 2016 14:52 (UTC +04:00)

Bakı – APA. Abşeron rayonunun Xırdalan şəhərində yeddimərtəbəli yaşayış binasının şaxtasında elektrik kabeli 21 p.m və 30 ədəd qoruyucu açar yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən binada 5-i azyaşlı olmaqla, 25 sakin təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR