DGK sədri Şirvanda vətəndaşları qəbul edəcək

DGK sədri Şirvanda vətəndaşları qəbul edəcək
# 18 dekabr 2015 07:27 (UTC +04:00)

Bakı - APA-Economics. Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev dekabrın 25-də saat 11:00-da Şirvan şəhərində Şirvan Gömrük İdarəsinin inzibati binasında (Naxçıvan pr. 1/6) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

DGK Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən rayonların - Şirvan, Hacıqabul, Sabirabad, Saatlı rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar dekabrın 24-ü saat 11:00-dək “195” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs - Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Şirvan Gömrük İdarəsi (əlaqə telefonu: (021) 215-34-10) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR