Gəncədə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının Gənclər festivalı keçirilir

Gəncədə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının Gənclər festivalı keçirilir
# 28 sentyabr 2016 14:54 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının Gənclər festival keçirilir. APA-nın qərb bürosunun verdiyi məlumata görə, festival çərçivəsində bu gün “Türkdilli dövlətlərdə gənclər siyasətinin inkişafı və gənclərin problemləri” mövzusunda dəyirmi masa təşkil olunub. Tədbirdə çıxış edənlər ölkələrində gənclər siyasəti barədə danışaraq dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğıdan bəhs ediblər.

Festivalın keçirilməsində məqsəd türkdilli dövlətlərin gəncləri arasında mübadilə aparılması və əməkdaşlıq platformasının yaradılmasıdır. Festival həmçinin Gəncə şəhərinin “2016-cı il üçün Avropa Gənclər Paytaxtı” seçilməsi ilə əlaqədar keçirilən tədbirlərdən biridir. Festivalda Azərbaycanla yanaşı Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın, qonaq qismində isə Qətərin nümayəndə heyəti iştirak edir.

Festival çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq, qarşılıqlı təcrübə mübadiləsi aparılacaq. Bundan başqa, yaradıcı gənclərin iştirakı ilə konsert proqramı, gənc fotoqrafların sərgisi və milli mətbəx gecəsi keçiriləcək.

Festival sentyabrın 30-a kimi davam edəcək.

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının bu il martın 4-də ürk İstanbulda keçirilmiş gənclər və idman nazirlərinin birinci toplantısının yekun protokoluna Azərbaycanda gənclər festivalının keçirilməsi də daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR