Yəmən prezidenti paytaxtın tezliklə qiyamçılardan azad ediləcəyini bəyan edib

Yəmən prezidenti paytaxtın tezliklə qiyamçılardan azad ediləcəyini bəyan edib
# 10 iyul 2016 12:57 (UTC +04:00)

Bakı-APA. Bu gün Marib vilayətinə planlaşdırılmamış səfər edən Yəmən prezidenti Mənsur Hadi paytaxt Səna və ölkənin digər əyalətlərinin tezliklə qiyamçı husilərdən azad etmək niyyətində olduqlarını bəyan edib.

APA-nın “Sky News Arabia” telekanalına istinadən verdiyi məlumata görə, M. Hadi tezliklə Səna və digər əyalətlərin azad edilməsini bayram edəcəklərini söyləyib.

Yəmən prezidenti qiyamçıların əsas qalası sayılan və ölkənin şimalında yerləşən Saad əyalətində də tezliklə Yəmən Respublikasının bayrağının dalğalanacağına da söz verib.

Qeyd edək ki, M. Hadinin Maribə səfəri ordunun paytaxtı azad etmək üçün hazırlaşdığı əməliyyat ərəfəsinə təsadüf edib. Marib Yəmən prezidentinin əsas dayaqlarından sayılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR