Türkiyə polisi "Petkim"də axtarışlar aparır

Türkiyə polisi "Petkim"də axtarışlar aparır
# 20 sentyabr 2016 08:42 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Türkiyənin hüquq-mühafizə orqanları "Petkim Petrokimya Holding A. Ş."-də növbəti dəfə əməliyyat keçirir.

"APA-Economics" "Hürriyyet" qəzetinə istinadən xəbər verir ki, əməliyyat "FETÖ araşdırması" çərçivəsində baş tutub. "Türkiyə polisi "Petkim"ə aid 4 ayrı ünvanda əməliyyat aparır. Əməliyyat davam edir", - qəzet yazır.

Saxlanılanlar barədə hər hansı məlumat yoxdur.

Xatırladaq ki, bundan öncə Türkiyə polisi 2 dəfə "Petkim"də axtarış aparıb. Axtarışlar nəticəsində 31 nəfər saxlanılsa da, sonradan onlardan 6-sı sərbəst buraxılıb. Həbs olunanlar arasında "Petkim" baş direktoru Sadettin Korkut və rəhbərlikdə təmsil olunan 13 şəxs olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR