Direktor: "Karbamid zavodunun tikintisinə bundan sonra 500 milyon avro lazımdır" - YENİLƏNİB

Direktor: "Karbamid zavodunun tikintisinə bundan sonra 500 milyon avro lazımdır" - <span style="color: red;">YENİLƏNİB
# 25 may 2016 13:24 (UTC +04:00)

Sumqayıt. Aqşin Rafiqoğlu - APA-Economics. "Karbamid zavodunun dövlət büdcəsindən maliyyələşirdi. Sonradan zavodun tikintisi üçün nəzərdə tutulan maliyyə mənbəyi dəyişdirildi. Qəbul olunan qərara əsasən biz dövlət zəmanəti ilə maliyyələşməyə keçdik". "APA-Economics" xəbər verir ki, bu barədə zavodun direktoru Xəyal Cəfərov deyib.

"Həm Maliyyə, həm İqtisadiyyat Nazirliyi ilə danışıqlar uğurla davam etdirilir. Hal-hazırda işlərin gedişatı üçün biz Koreyanın "Export-Import" bankından 100 milyon avro cəlb etmişik. Bundan başqa, Almaniyanın "Deutsche Bank"ı bizə 50 milyon avroluq kredit xətti açıb. Maliyyələşmə ilə bağlı əsas danışıqlar Koreyanın "Export-İmport" bankı ilə aparılır. Ötən həftə bankın nümayəndələri Azərbaycana səfər edib və həm Maliyyə Nazirliyi, həm SOCAR rəhbərliyi səviyyəsində danışıqlar aparıldı. Bizim gözləntilərimizə görə, bu ilin avqust-sentyabr aylarında layihənin tam maliyyələşməsi ilə bağlı məsələ həllini tapacaq və müvafiq saziş imzalanacaq. Bütün kənar infrastrukturu nəzərə alsaq layihənin ümumi dəyəri 900-920 milyon avro təşkil edir. Bundan sonra layihənin reallaşdırılmasına təxminən 500 milyon avro lazımdır", - deyə direktor qeyd edib.

X. Cəfərov qeyd edib ki, layihə çərçivəsində tikinti işlərinə 1800 nəfər cəlb olunub ki, onların 80%-i Sumqayıt sakinləridir: "Gözlənilir ki, pik vaxtında zavodda 2500-3000 nəfər çalışacaq".

SAAT 14:31

Sumqayıt. Aqşin Rafiqoğlu - APA-Economics. SOCAR tərəfindən Sumqayıtda inşa edilən Karbamid zavodunda işlərin 70%-dən çoxu görülüb. "APA-Economics" xəbər verir ki, bu barədə zavodun direktoru Xəyal Cəfərov deyib.

Onun sözlərinə görə, mühəndislik işlərinin 99%-i tamamlanıb. "Avadanlıqların 90%-i hazırlanıb və hazırda respublikadadır. Avadanlıqlar gəldikcə, işlər tədricən davam etdiriləcək. Müvafiq razılıq və icazələr alındıqca, tikinti işləri də davam etdirilir. Ümumilikdə, tikintisi işlərinin təxminən 20%-i həyata keçirilib. Özəl svay və öz fundament işləri tamamlanmaq üzrədir. Hazırda metal konstruksiyalı estakadaların quraşdırılması və irihəcmli avadanlıqların montajı davam etdirilir", - deyə zavodun direktoru qeyd edib.

X. Cəfərov əlavə edib ki, zavodun tikintisi 2017-ci ilin sentyabr-oktyabr aylarında başa çatacaq: "Bundan sonra biz tədricən zavodda sazlama işləri aparacağıq. Bundan sonra zavod istismara veriləcək. Gözlənilir ki, 2018-ci ilin əvvəlində gübrə istehsalına başlanacaq".

X. Cəfərov bildirib ki, zavodda il ərzində 650-660 min ton karbamid istehsal olunacaq. "Yerli tələbat təxminən 150-200 min ton civarındadır. Yerli tələbatı ödədikdən sonra biz istehsal olunan karbamidin 2/3-i qonşu ölkələrə ixrac etməyi planlaşdırırıq. Əsas bazar kimi Türkiyə və Gürcüstan götürülüb. Bundan başqa, məhsul Cənubi Avropa ölkələrinə də ixrac oluna bilər", - deyə o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR