Bakının bir neçə yerində qrunt sularının səviyyəsi qalxıb

Bakının bir neçə yerində qrunt sularının səviyyəsi qalxıb
# 02 mart 2016 14:57 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bakının bir neçə yerində qrunt sularının səviyyəsinin qalxması ilə əlaqədar olaraq subasma prosesi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya açıqlamasında deyib ki, Binəqədi rayonu I mədən yaşayış sahəsində, Qala qəsəbəsində dəmiryol stansiyasının yaxınlığında, Sabunçu rayonunda Maştağa-Zabrat subasma sahəsindəki Savalan massivində, habelə Şuşa şəhərciyi subasma sahəsində atmosfer yağıntılarının təsirindən qrunt sularının səviyyəsi qalxıb. Nəticədə həmin ərazilərdə subasma prosesi baş verib.

Ə. Qaralov qeyd edib ki, Qala qəsəbəsində dəmiryol stansiyasının yaxınlığında yol çəkildiyi üçün ərazidə suyun səviyyəsi qalxıb: “Qrunt sularının səviyyəsinin qalxdığı ərazilər dəniz səviyyəsindən aşağıdır. Maştağada bu amili nəzərə almadan yaşayış massivi salınıb. Nəticədə atmosfer çöküntülərinin təsirindən qrunt sularının səviyyəsi yüksəlib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR