Gəncədə qohumunun evini yaran şəxs saxlanılıb

Gəncədə qohumunun evini yaran şəxs saxlanılıb
# 02 avqust 2016 16:12 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhərində öz bacısı oğlunun evini yaran şəxs saxlanılıb. Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini Pərviz Məhərrəmov idarəyə müraciət edərək bildirib ki, evdə olmadığı zaman naməlum şəxs və ya şəxslər onun evinin pəncərəni qıraraq içəri daxil olublar və mənzildən külli miqdarda qızıl-zinət əşyaları aparıblar. Gəncə şəhər Baş Polis İdarəsi və şəhərin Nizami rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən ev sahibinin dayısı, 1958-ci il təvəllüdlü Əbülfət Məmmədov saxlanılıb.

O, bacısı oğlunun evini yardığını etiraf edib. Ə. Məmmədovun ətrafında aparılan tədbirlər nəticəsində onun oğurladığı qızıl-zinət əşyalarını yaşadığı Cavad xan qəsəbəsindəki evin müxtəlif yerlərində gizlətdiyi məlum olub. Həmin qızıl zinət əşyaları götürülərək zərərçəkənə qaytarılıb. Məlumata görə, Ə. Məmmədov Rusiya Federasiyasında quldurluq cinayəti törətdiyinə görə 10 il məhkumluq həyatı yaşayıb. Həmçinin Azərbaycanda da oğurluq etdiyinə görə cərimə olunub.

Hazırda Əbülfət Məmmədovun digər cinayətlərdə iştirakının olub-olmaması yoxlanılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR