Siyəzən sakinindən külli miqdarda narkotik götürülüb - YENİLƏNİB

Siyəzən sakinindən külli miqdarda narkotik götürülüb - <span style="color: red;">YENİLƏNİB
# 16 sentyabr 2015 08:44 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda üzərindən narkotik vasitə aşkar olunan Siyəzən sakini Feyruz Əliyevin əvvəllər də məhkumluq həyatı yaşadığı məlum olub.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, həmin şəxs bundan əvvəl 2 dəfə xuliqanlıq, 3 dəfə isə narkotik vasitə saxladığı üçün həbs olunub. F. Əliyevin 1 il əvvəl azadlığa çıxdığı bildirilir.

***

saat 10:46

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda Siyəzən sakinindən narkotik vasitə götürülüb.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Nizami rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Siyəzən rayon sakini, 1968-ci il təvəllüdlü Feyruz Əliyevin əlindəki sellofan torbadan 4 kiloqram 010 qram, üzərindən 1,762 qram narkotik tərkibli maddə tiryək aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR