Şamaxıda iki avtomobil toqquşub, 5 nəfər ağır xəsarət alıb

Şamaxıda iki avtomobil toqquşub, 5 nəfər ağır xəsarət alıb
# 09 mart 2016 13:36 (UTC +04:00)

Şamaxı. Elvin Yaqubov - APA. Bakı-Şamaxı-Yevlax avtomobil yolunda 5 nəfərin xəsarət alması ilə nəticələnən ağır avtomobil qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 14:00 radələrində magistral yolun 132-ci kilometrliyində, Şamaxının Muğanlı qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. 99-BO-974 dövlət nömrə nişanlı, “Mercedes” və C-560-AE/186 Rusiya dövlət nömrə nişanlı, “KİA” markalı minik avtomobillərinin toqquşması nəticəsində İsmayıllı rayonu Qubaxəlilli kənd sakini, 1951-ci il təvəllüdlü Vəzirova Esmira İbrahim qızı, Ağsu rayonu Daşdəmirbəyli kənd sakini, 1981-ci il təvəllüdlü İbişova Dilşad Xanəli qızı və 1981-ci il təvəllüdlü İbişov Şəmi Tofiq oğlu, Ağsu şəhər sakinləri - 1959-cu il təvəllüdlü Qurbanova Məleykə Camulla qızı və 1977-ci il təvəllüdlü Musayev Namiq Tahir oğlu ağır bədən xəsarətləri ilə Şamaxı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR