Azərbaycan prezidenti “Qazprom” Şirkətinin idarə heyətinin sədrini qəbul edib

Azərbaycan prezidenti “Qazprom” Şirkətinin idarə heyətinin sədrini qəbul edib
# 08 mart 2016 16:56 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev martın 8-də Rusiya Federasiyasının “Qazprom” Şirkətinin idarə heyətinin sədri Viktor Zubkovu qəbul edib.

APA-nın məlumatına görə, görüşdə Azərbaycanla Rusiya arasında bütün sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb, münasibətlərin bundan sonra da genişlənəcəyi əminliklə qeyd edilib.

Söhbət zamanı ölkələr arasında iqtisadi, o cümlədən energetika sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Rusiya Federasiyasının müxtəlif neft-qaz şirkətləri, eləcə də “Qazprom” arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.

Görüşdə, həmçinin V. Zubkovun da iştirak edəcəyi Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin keçirdiyi Qlobal Bakı Forumunun əhəmiyyətindən danışılıb, tədbirin beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi baxımından önəmi qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR