Ermənistan Azərbaycanla sülh müqaviləsi ilə bağlı razılıq əldə olunacağına inanır

Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan

© APA | Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan

# 23 may 2024 12:22 (UTC +04:00)

Azərbaycanla sülh razılaşmasının imzalanması istiqamətində işlər davam etdirilir.

APA-nın xəbərinə görə, bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan “24news” portalına müsahibəsində deyib.

Onun sözlərinə görə, tərəflər arasında müəyyən fikir ayrılıqlarına baxmayaraq, rəsmi səviyyədə davam edəcək müzakirələr nəticəsində hökumət Azərbaycanla sülh müqaviləsinin yekun variantı ilə bağlı razılıq əldə olunacağına inanır.

Kostanyan əlavə edib ki, Azərbaycan tərəfi ilə növbəti görüşün vaxtı hələ dəqiqləşməyib.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında sonuncu dəfə danışıqlar mayın 10-11-də Almatıda baş tutub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR