"Azərsu" ASC-nin iki törəməsində yoxlamalar aparılacaq

"Azərsu" ASC-nin iki törəməsində yoxlamalar aparılacaq
# 30 mart 2016 09:41 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Azərsu” ASC tender elan edib.

"APA-Economics" xəbər verir ki, Almaniya İnkişaf Bankı (KfW) ilə birgə maliyyələşdirilən “Açıq Kommunal İnfrastruktur Proqramı II” Layihəsi üzrə Azərbaycan Respublikasının pay iştirakı hesabına Maliyyə hesabatlarına dair audit xidmətlərin satın alınması çərçivəsində aşağıdakı xidmətlərin həyata keçirilməsi nəzərdə tutulur:

- “Azərsu” ASC, “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin 2015-ci il üzrə maliyyə hesabatlarının yoxlanılması və audit rəyinin verilməsi;

- “Azərsu” ASC, “Şəki Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin 2015-ci il üzrə maliyyə hesabatlarının yoxlanılması və audit rəyinin verilməsi;

- “Açıq Kommunal İnfrastruktur Proqramı II” Layihəsinin 2015-ci il üzrə maliyyə hesabatlarının yoxlanılması və audit rəyinin verilməsi

İddiaçılar tenderdə iştirak etmək üçün müvafiq sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 19 aprel 2016-cı il saat 16:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 27 aprel 2016-cı il saat 16:00-a qədər Bakı şəhəri, Moskva prospekti 67 ünvanında yerləşən “Azərsu” ASC-nin Tender və beynəlxalq layihələrin idarə olunması departamentinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq. İştirakçıların təklifləri 27 aprel 2016-cı il yerli vaxtla saat 16:00-da yuxarıda göstərilən ünvanda açılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR