Bakıda 16 yaşlı qızı maşın vurub

Bakıda 16 yaşlı qızı maşın vurub
# 30 mart 2016 10:23 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda 16 yaşlı qızı maşın vurub.

Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini, 2000-ci il təvəllüdlü Günel Abbasova vurulub. G.Abbasovaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Hadisənin “Mercedes” markalı avtomobilin sürücüsü Lənkəran şəhər sakini 1976-cı il təvəllüdlü Rahim Yaqub oğlu Əsədullayev tərəfindən törədilməsi müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR