Ermənilər Ağdamın işğal olunmuş ərazilərində təlimlərin növbəti mərhələsinə başlayıb

Ermənilər Ağdamın işğal olunmuş ərazilərində təlimlərin növbəti mərhələsinə başlayıb
# 22 sentyabr 2016 08:29 (UTC +04:00)

Ağdam. Ziya Əmirxanlı - APA. Ermənistan Silahlı Qüvvələri işğal olunmuş Azərbaycan ərazilərində hərbi təlimləri davam etdirir.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, erməni tərəfinin müxtəlif qoşun birləşmələri işğal altında olan Ağdam rayonunun Uzundərə adlanan ərazisində artilleriya qurğularından istifadə edərək hərbi təlimlərin növbəti mərhələsinə başlayıb.

Təlimdə toplar, reaktiv artilleriya qurğuları, minaatanlar, eləcə də zirehli texnikalardan istifadə edilir.

Ermənistan ordusunun təlim atışlarının səsi cəbhəyanı yaşayış məntəqələrində, hətta qonşu rayonların ərazilərindən aydın eşidilir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR