İşgəncələrə Qarşı Azərbaycan Komitəsinə yeni sədr seçilib

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinə yeni sədr seçilib
# 28 dekabr 2015 09:05 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinə yeni sədr seçilib.

APA-nın məlumatına görə, bir neçə gün əvvəl komitədə iclas keçirilib və səs çoxluğu ilə Elmira Behbudova yeni sədr seçilib. E. Behbudova APA-ya bildirib ki, komitə sənədlərini Ədliyyə Nazirliyinə təqdim edib: “Yaxın günlərdə sənədlərimizi Ədliyyə Nazirliyindən götürəcəyik. Bundan sonra komitə əvvəlki kimi işini davam etdirəcək. Bir sıra yeni layihələrimiz də olacaq”.

E. Behbudova bildirib ki, bəzi mətbuat orqanlarında komitənin işgüzar fəaliyyətinə xələl gətirən informasiyalar yayılır: “Bəzi işbazlar tərəfindən yalan, həqiqətə uyğun olmayan məlumatlar yayılır. Bütün bunlar bizim işgüzar fəaliyyətimizə ləkə yaxmaq məqsədi daşıyır. Mən bu cür hadisələrlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm ki, bu cür halların qarşısı alınsın və həmin şəxslər cəzalandırılsınlar”.

Qeyd edək ki, İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin keçmiş sədri, hüquq müdafiəçisi Elçin Behbudov noyabrın 14-də vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR