Tovuzda orta məktəb şagirdini başından güllələyən şəxs tutulub

Tovuzda orta məktəb şagirdini başından güllələyən şəxs tutulub
# 18 aprel 2016 10:06 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Tovuzda orta məktəb şagirdini güllələyən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 13-də Tovuz rayonunun Qalaboyun kəndindən kənd sakini Məqsəd Əmiraslanov baş nahiyəsindən güllə yarası (ov tüfəngindən açılmış güllə yarası üçün xarakterik olan) ilə xəstəxanaya aparılarkən yolda ölüb. Polis və prokurorluq əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən kənd sakini Natiq Ələkbərov tutulub. Ondan hadisə zamanı istifadə etdiyi müvafiq sənədləri olmayan “TOZ-34” markalı tüfəng götürülüb.

Qeyd edək ki, 1999-cu il təvəllüdlü Əmiraslanov Məqsəd İlqar oğlu orta məktəb şagirdidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR