İordaniya 1,5 milyona yaxın suriyalı qaçqını qəbul edib

İordaniya 1,5 milyona yaxın suriyalı qaçqını qəbul edib
# 11 noyabr 2015 22:42 (UTC +04:00)

Bakı-APA. Bu günədək İordaniya 1 milyon 400 min suriyalı qaçqını qəbul edib.

APA-nın məlumatına görə, bunu İordaniya kralı II Abdulla “Euronews” telekanalına müsahibəsində bəyan edib.

“Biz qaçqınların sayına görə, demək olar ki, maksimal həddə çatmışıq. İordaniya təqribən 1 milyon 400 min qaçqın qəbul edib. Bu isə əhalimizin 20%-ə bərabərdir. Çətin ki bu işi davam etdirə bilək”, deyə kral bildirib.

Onun sözlərinə görə, qaçqınların yalnız 10%-i xüsusi düşərgələrdə məskunlaşıb. Digərlərinin isə ölkənin müxtəlif bölgələrinə pənah gətirməsi infrastruktur və səhiyyə sisteminə təsir edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR