“Real” Çempionlar Liqasının qalibi olub

“Real”  Çempionlar Liqasının qalibi olub
# 28 may 2016 23:36 (UTC +04:00)

Bakı-APA. UEFA Çempionlar Liqasının final matçı keçirilib. Apasport.az saytının məlumatına görə, bununla da Avropada futbol mövsümünə rəsmən yekun vurulub.

Milanda keçirilən həlledici qarşılaşmada İspaniyanın 2 klubu – “Real” və “Atletiko” üz-üzə gəlib. “San Siro”da baş tutacaq Madrid derbisi gərgin mübarizəyə səhnə olub.

Hesabı "kral klubu" açıb. 14-cü dəqiqədə Serxio Ramos fərqlənib. İlk yarı bu hesabla bitsə də, ikinci hissədə Karrasko bərabərliyi təmin edib. BUndan sonra matçın normal vaxtında başqa qol olmayıb. Əlavə olunmuş dəqiqələrdə də "status-kvo" pozulmayınca, qalibi müəyyənləşdirmək üçün penalti zərbələrinə ehtiyac yaranıb.

Hər iki komanda ilk 4 zərbənin dəqiq yerinə yetirib. "Atletiko"nun futbolçusu Xuanfran 5-ci zərbəni dirəyə, "Real"lı Ronaldo isə çərçivəyə nişan alıb. Bununla da bu mövsüm Avropanın ən güclüsü "Real" olub.

Çempionlar Liqası

Final

28 may

“Real” (Madrid, İspaniya) – “Atletiko” (İspaniya) - 1:1 (5:3 - penaltilərdə)

Qollar: Serxio Ramos, 14 - Karrasko, 79

Baş hakim: Mark Klattenburq

Köməkçi hakimlər: Simon Bek, Ceyk Kollin

Əlavə köməkçi hakimlər: Entoni Teylor, Andre Marriner (hamısı İngiltərə)

Dördüncü hakim: Viktor Kaşşai (Macarıstan)

Milan. “San Siro” stadionu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR