Gədəbəydə qadın bədbəxt hadisə nəticəsində xəsarət alıb

Gədəbəydə qadın bədbəxt hadisə nəticəsində xəsarət alıb
# 27 dekabr 2015 20:21 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gədəbəydə qayadan qopmuş daş parçası yaşayış evinin divarını dağıdıb və ev sakinini yaralayıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Çalburun kəndində qeydə alınıb. Kənd sakini, 1942-ci il təvəllüdlü Kəhriz Quliyevanın yaşadığı evin yaxınlığında olan qayadan qopan daş parçası yuvarlanaraq qadın yaşadığı evin hasarını və evin divarını dağıdıb.

Hadisə zamanı daş parçaları K. Quliyevanın başına dəyib. O müxtəlif xəsarətlər alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. K. Quliyevaya alın sümüyünün sınığı və başın müxtəlif hissələrinin çapılmış əzilmiş yarası diaqnozu qoyulub. Vəziyyətinin orta ağır olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR