Bakı. Türbət Bağırova - APA. Bolqarıstan prezidenti Rosen Plevneliyev Azərbaycanın Sofiyadakı səfiri Emil Kərimovu birinci dərəcəli “Stara Planina” ordeni ilə mükafatlandıracaq.
APA-nın “focus-news.net” saytına istinadən verdiyi xəbərə görə, bu barədə prezidentin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Qeyd edilir ki, diplomat bu mükafata Azərbaycan-Bolqarıstan münasibətlərinin inkişafına verdiyi töhfəyə görə layiq görülüb.