Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında hava nəqliyyatı haqqında” sazişin təsdiq edilib.
APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev müvafiq qanun imzalayıb.
Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında hava nəqliyyatı haqqında” saziş 2016-cı il aprelin 6-da Bakı şəhərində imzalanıb.