Rusiya prezidentinin keçirəcəyi ənənəvi illik mətbuat konfransının tarixi məlum olub

Rusiya prezidentinin keçirəcəyi ənənəvi illik mətbuat konfransının tarixi məlum olub
# 20 noyabr 2015 10:30 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya prezidenti Vladimir Putinin xarici və yerli mətbuat nümayəndələri üçün hər il ənənəvi olaraq keçirdiyi mətbuat konfransının vaxtı məlum olub.

Kremlin mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, Rusiya prezidentinin böyük mətbuat konfransı dekabrın 17-də saat 12:00-da başlayacaq.


Mətbuat konfransına onlayn akkreditasiya başlayıb. Akkreditasiya dekabrın 7-nə kimi davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR