Parisdə 55 min nəfər etiraz aksiyasına qatılıb

Parisdə 55 min nəfər etiraz aksiyasına qatılıb
# 18 may 2016 00:26 (UTC +04:00)

Bakı-APA. Parisdə əmək qanunvericiliyinin islahatlaşdırılmasına qarşı ötən gün təşkil olunmuş aksiyada 55 min etirazçı iştirak edirlər. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, Fransa paytaxtında təşkil olunan yürüş iğtişaşlarla müşayiət olunub. Belə ki, etirazçılar polis əməkdaşlarını daş-qalaq ediblər, asayiş keşikçiləri isə gözyaşardıcı qazdan istifadə ediblər.

Qeyd edək ki, hökumətin təklif etdiyi qanun layihəsi müəssisələrdə iş vaxtının uzadılmasını və işçilərin işdən çıxarılması prosedurunu xeyli sadələşdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR