Ankarada zəncirvari yol qəzası baş verib, 25 nəfər yaralanıb

Ankarada zəncirvari yol qəzası baş verib, 25 nəfər yaralanıb
# 04 oktyabr 2016 02:33 (UTC +04:00)

Bakı-APA. Ankarada 3 avtomobilin iştirakı ilə yol qəzası baş verib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Türkiyə paytaxtında sərnişin avtobusu, yanacaq daşıyan yük maşını və minik avtomobili toqquşub.

Məlumata görə, yanacaq daşıyan yük maşınının çəni boş olub. Zərbənin gücündən onun aşdığı bildirilir.

Qəza nəticəsində avtobusda olan 25 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR