Avro-2016: Avstriya - Macarıstan - 0:2

<span style="color: red;">Avro-2016:  Avstriya - Macarıstan - 0:2
# 14 iyun 2016 19:57 (UTC +04:00)

Bakı. Fərahim Qasımov-APA. Avropa çempionatının F qrupunun ilk oyunu keçirilib. APA TV-nin məlumatına görə, Fransanın Bordo şəhərində baş tutan oyunda Avstriya və Macarıstan milliləri qarşılaşıblar. Hər iki komandanın qələbə şansının yüksək olduğu oyunu fransalı baş hakim Kleman Turpen idarə edib. Oyunun birinci hissəndə komandalar bir neçə real qol şansını dəyərləndirə bilməyiblər. Birinci hissə qolsuz heç-heçə ilə tamamlanıb.

Matçın ikini hissəsinə gərgin başlayan komandalar ikinci yarının ilk dəqiqələrində də bir neçə qol şansını əldən veriblər. Yalnız 63-cü dəqiqədə Adam Salai özünün və komandasının ilk qolunu ataraq hesabı açıb: 1-0

65-ci dəqiqədə Hintereggerin vurduğunu qolun qeydə alınmamasına isə Draqoviç səbəb olub. Belə ki, hakim Avstriyanın oyunçusu Aleksandr Draqoviçə kobud oyuna görə ikinci sarı kartı göstərib. Beləliklə, Avstriya azlıqda qalıb.

Macarıstan yığmasının futbolçusu Ştiber 87-ci dəqiqədə ikinci qolu vuraraq aradakı fərqi 2-ə çatdırıb.

Matçda başqa qol vurulmayıb və F qrupunun ilk qarşılaşmasında Macarıstan yığması qalib gəlib.

Avropa çempionatı

Qrup mərhələsi

F qrupu

Avstriya - Macarıstan - 0:2

Qollar: Salai, 63, Ştiber, 87

Bordo. "Bordo" stadionu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR