“Qalatasaray”ın cəzası artırıla bilər

“Qalatasaray”ın cəzası artırıla bilər
# 06 oktyabr 2016 13:37 (UTC +04:00)

Bakı – APA. Türkiyənin “Qalatasaray” klubunun avrokuboklardan uzaqlaşdırılması cəzasının müddəti artırıla bilər. Apasport.az saytının məlumatına görə, bu barədə İstanbul klubunun sabiq idarəçisi Adnan Öztürk məlumat verib.

Yerli mətbuata açıqlama verən Öztürk hazırkı klub rəhbərliyini tənqid atəşinə tutub. O iddia edib ki, UEFA avrokuboklardan 1 illik uzaqlaşdırdığı “sarı-qırmızılar”ın cəza müddətini gələn il artıracaq.

Öztürk fikrini belə əsaslandırıb: “Klub rəhbərliyi qənaət edəcəyini, zərəri azaldacağını demişdi. Amma bunların heç biri olmadı. UEFA-dan 1 illik cəza aldıq. Gələn il də eyni cəzaya məruz qalacağımızı görəcəksiz. Klubun 6 aylıq zərəri 79 milyon Türkiyə lirəsinə bərabərdi. Bu isə o deməkdi ki, “Qalatasaray”ın 1 ildə 160 milyon lirə zərəri olacaq”.

Qeyd edək ki, UEFA “Qalatasaray”ı bu ilin mart ayında bir il müddətinə avrokuboklardan kənarlaşdırılıb. Buna klubun Maliyyə “Fair Play”inin tələblərini pozması səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR