Kürdəmirdə iş adamı olan qadını qətlə yetirən şəxsin cəzası artırılıb

Kürdəmirdə iş adamı olan qadını qətlə yetirən şəxsin cəzası artırılıb
# 10 mart 2016 09:03 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı - APA. Şirvan Apellyasiya Məhkəməsində Kürdəmirdə tanınmış iş adamını qətlə yetirən şəxsin apellyasiya şikayətinə baxılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hakim Etibar Camalovun sədrliyi ilə keçirilən prosesdə Kürdəmir rayon sakini, 1990-cı il təvəllüdlü İsrafilov Şaiq Şahin oğlunun və zərərçəkmişin hüquqi varisinin apellyasiya şikayətinə, həmçinin dövlət ittihamçısının apellyasiya protestinə baxılıb.

İttiham olunana şəxsin apellyasiya şikayəti təmin edilməyib. Zərərçəkmişin hüquqi varisi və dövlət ittihamçısının protesti isə təmin olunub. Birinci instansiya məhkəməsinin qərarı dəyişdirilərək cəza 18 ilə qədər artırılıb.

Qeyd edək ki, ötən il mayın 26-da Kürdəmir rayonunun Heydər Əliyev prospektində fərdi yaşayış evində 1954-cü il təvəllüdlü Hacıəliyeva Sahibə Məhəmməd qızı 25 yaşlı İsrafilov Şaiq Şahin oğlu tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Qətlə yetirilən S.Hacıəliyeva Kürdəmirdə, eləcə də bölgədə tanınmış iş adamı olub. Hacı Sahibə kimi tanınan iş adamının yanacaqdoldurma məntəqəsi, eləcə də digər obyektləri olub.

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Şaiq İsrafilovun Cinayət Məcəlləsinin 120.2.4 və 228.4 maddələri üzrə təqsirli bilinərək 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR