Azərbaycanda bu il hava nəqliyyatı ilə 1 milyondan artıq sərnişin daşınıb

Azərbaycanda bu il hava nəqliyyatı ilə 1 milyondan artıq sərnişin daşınıb
# 16 sentyabr 2015 09:34 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Cari ilin yanvar-avqust aylarında hava nəqliyyatı ilə 1,2 mln. sərnişin daşınıb ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,6% çoxdur.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, daşımaların 99,7%-i dövlət, 0,3%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Bu nəqliyyat növü ilə yükdaşıma 6,5% artaraq 80,4 min tona çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR