Ağcabədidə gənc həkim yol qəzasında ölüb

Ağcabədidə gənc həkim yol qəzasında ölüb
# 25 dekabr 2015 11:10 (UTC +04:00)

Ağcabədi. Ziya Əmirxanlı - APA. Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Qarabağ müxbiri xəbər verir ki, rayonun Boyad kəndində Ağdamın Qaradağlı kənd sakini Ağaməmmədov Akif Ələm oğlu idarə etdiyi “VAZ 2107” markalı avtomobil qarşıda gedən qoşqulu traktora çırpılıb. Nəticədə 30 yaşlı sürücü aldığı xəsarətdən hadisə yerində ölüb. A. Ağaməmmədovun yaşadığı Qaradağlı kəndində həkim-stomatoloq işlədiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR