SOCAR neft hasilatını bir ildə 8%-dən çox azaldıb

SOCAR neft hasilatını bir ildə 8%-dən çox azaldıb
# 18 iyul 2016 09:34 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə – APA-Economics. Bu ilin iyun ayında SOCAR tərəfindən 620 min ton neft hasil edilib.

APA-Economics”in SOCAR-ın statistik rəqəmlərinə istinadən verdiyi məlumata görə, bu, 2015-ci ilin iyun ayı ilə müqayisədə 8,21% azdır. Bu ilin aprel may ayı ilə müqayisədə isə SOCAR neft hasilatını 2,97% azdır.

Bu ilin yanvar-iyun aylarında isə SOCAR tərəfindən 3 781,7 min ton neft hasil edilib ki, bu da 2015-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 8,6% azdır.

Qeyd edək ki, bu ilin yanvar ayında SOCAR tərəfindən 647 min ton, fevral ayında 605 min ton, mart ayında isə 646,2 min ton, aprel ayında 624,5 min ton neft, may ayında isə 639 min ton hasil edilib.

Bu ilin iyun ayı ərzində ölkə üzrə 3 519,7 min ton neft hasil edilib ki, bu da daha əvvəlki ilin eyni ayı ilə müqayisədə 6,2% çoxdur. Bu ilin may ayı ilə müqayisədə isə bu rəqəm 1,33% azdır.

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda ümumilikdə 21 063,9 min ton neft hasil edilib ki, bu da 2015-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 0,44% çoxdur.

Qeyd edək ki, bu ilin yanvar ayında ölkə üzrə 3 518,2 min ton, fevralda 3 339,3 min ton, mart ayında 3 649,7 min ton, apreldə 3 469,8 min ton, mayda isə 3 567,2 min ton neft hasil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR