Yaponiyada silahlı insident baş verib, 4 nəfər yaralanıb

Yaponiyada silahlı insident baş verib, 4 nəfər yaralanıb
# 29 avqust 2016 03:44 (UTC +04:00)

Bakı-APA. Yaponiyanın Vakayama prefekturasında naməlum şəxs atəş açaraq 4 nəfəri yaralayıb.


APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident tikinti şirkətinin ofisində qeydə alınıb.


Xəsarət alanlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir. Atəş açan şəxs hadisə yerini tərk edib. Hazırda polis onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir. İnsidentin səbəbləri barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR