Bakı-APA. ABŞ-ın Şimali Koreya üzrə xüsusi elçisi Son Kim iyunun 21-də Pekinə gedəcək.
APA-nın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında deyilir.
İyunun 23-dək davam edən səfər zamanı Son Kim Pekində Çin Xalq Respublikası rəsmiləri və Pxenyandan gələn KXDR nümayəndəsi ilə görüşəcək.
Səfər çərçivəsində ABŞ rəsmisi həmçinin “Şimali-Şərq Asiyada əməkdaşlıq üzrə dialoq” adlı forumda iştirak edəcək. İldə bir keçirilən forumda Çin, Yaponiya, KXDR, Cənubi Koreya, Rusiya və ABŞ nümayəndələri Şimali Koreyanın nüvə proqramı müzakirə olunur.