“Bank VTB”-nin (Azərbaycan) rəhbərliyində dəyişiklik olub

“Bank VTB”-nin (Azərbaycan) rəhbərliyində dəyişiklik olub
# 31 avqust 2016 16:23 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Bank VTB” (Azərbaycan) ASC-nin rəhbərliyində dəyişiklik olub.

APA-Economics” banka istinadən xəbər verir ki, Müşahidə Şurasının üzvü Bayram Vəliyev vəzifəsindən kənarlaşdırılıb. Onun yerinə Dmitri Popov təyin edilib. Hazırda Müşahidə Şurasında üç Rusiya vətəndaşı – Vasili Titov, Sergey Tsaryev, Dmitri Popov, iki Azərbaycan vətəndaşı - Rəşad Rəsullu və Müseyib Əliyev təmsil olunur.

Qeyd edık ki, bu ilin mart ayına qədər bankın Müşahidə Şurasında üç Rusiya vətəndaşı – Vasili Titov, Sergey Tsaryev, Anna Skrınçenko, üç Azərbaycan vətəndaşı - Vüqar İsmayılov, Rəşad Rəsullu, Müseyib Əliyev, eləcə də Bayram Vəliyev olmaqla, ümumilikdə 7 nəfər olub. V.İsmayılov çıxdıqdan sonra Müşahidə Şurasında təmsil olunan azərbaycanlıların sayı azalıb.

V. İsmayılov bu ilin martında işdən çıxıb. Bununla, Müşahidə Şurasında təmsil olunanların sayı 7-dən 6-ya enib. A. Skrınçenko iyunda işdən çıxdıqdan sonra Müşahidə Şurasının üzvlərinin sayı 5 nəfərdən ibarət olub.

Hazırda bankın İdarə Heyətində Rusiyanın iki vətəndaşı – Yuri Yakovlev, Vadim Zinovyev və Azərbaycanın 1 vətəndaşı İqor Okayev təmsil olunur. 2016-cı ilin ortalarınadək bankın İdarə Heyətində Yuri Yakovlevlə yanaşı, Tural Vəliyev və İlqar Novruzov təmsil olunub. İ. Novruzov bu ilin iyununda, T. Vəliyev iyulda bankın İdarə Heyətinin üzvlüyündən çıxıb.

Qeyd edək ki, “Bank VTB” (Azərbaycan) ASC-nin səhmlərinin 51%-i Rusiya tərəfinə (“Bank VTB” ASC), 48,99% və 0,01%-i Azərbaycan tərəfinə (uyğun olaraq “AtaHolding” ASC və fiziki şəxs) məxsusdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR