Müdafiə Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyi arasında illik tədbirlər planı imzalanıb

Müdafiə Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyi arasında illik tədbirlər planı imzalanıb
# 14 fevral 2017 14:06 (UTC +04:00)

Müdafiə Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyi arasında 2017-ci il üçün birgə tədbirlər planı imzalanıb. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, sənədə əsasən keçiriləcək tədbirlərin yeri, icra müddəti, icraya məsul qurumlar və şəxslər müəyyən edilib.

İl ərzində Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə, təhsil və tədris müəssisələrində şair, yazıçı və elm xadimlərinin iştirakı ilə görüşlər, “dəyirmi masa”lar keçiriləcək.

Bundan əlavə vətənpərvərlik mövzusunda müsabiqələrin, şeir saatlarının, müharibəyə dair əsərlərin oxucu müzakirələrinin təşkili və digər fəaliyyətlər də nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR